Fazil Məmmədovun xilas olunma “taktikası” – SABİQ NAZİR YENƏ MƏTBUATIN DİQQƏTİNDƏ...

Həftənin ikincisi Kəmaləddin Heydərov, üçüncü yerin sahibi isə Hacıbala Abutalıbov olub

Baxış sayı:
15331

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, ötən həftə - 22-27 yanvar 2018-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs keçmiş vergilər naziri Fazil Məmmədov olmuşdur. Onun barəsində “Fazil Məmmədovun Eldar Mahmudov “taktikası””, “Fazil Məmmədovun yaxınları istintaqa cəlb olundu”, “Fazil Məmmədovun sabiq müşaviri yanan binaya görə istintaqa çağırıldı”, “Fazil Məmmədovun yaxınları istintaqa cəlb olundu - Həbslər ola bilər”“Fazil Məmmədovun kürəkəninin biznesi” adlı 5 yazı ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır:Ronaldinyo planı” başlıqlı, adı bir qədər fərqli, lakin eyni məzmunlu 1 məqalənin 14 elektron KİV-də yayılması ilə Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov tutur. 
 
Nəhayət, elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Abutalıbovun oliqarx məmurunun parnikində insanlar qul kimi işlədilir - VİDEO", “Abutalıbovun sərəncamı qarşıdurma yaratdı - Bakıda tikinti xaosu + Foto + Video” adlı 2 məqalənin ümumilikdə 5 elektron KİV-də yayılması ilə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutur.
 
Deputat Ağalar Vəliyevin biznes imperiyası onu həftənin “lideri” edib
 
Həftə ərzində mətbuatda ən çox ad hallanan deputat “Deputat Ağalar Vəliyevin biznes imperiyası” başlıqlı adı bir qədər fərqli lakin eyni məzmunlu 1 məqalənin  8 elektron KİV-də yayılması ilə Ağalar Vəliyevdir.

Mətbuatda ən çox adı hallanan deputatlar siyahısında 2-ci yeri “Deputat İqbal Məmmədovun xeyrinə şok məhkəmə qətnaməsi - YENİLƏNİR” – sərlövhəli məqalənin bir qədər fərqli başlıqlıqlar altında 3 elektron KİV-də yayılması ilə İqbal Məmmədov tutur.
 
Muxalifet.az