Fazil Məmmədovun qudası işdən çıxarıldı

Baxış sayı:
1014

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb.
 
Muxalifet.az mia.az-a istinadən xəbər verir ki, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.
Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.