Fazil Məmmədovun “kitayski roza”sı və həbsinə hazırlıqlar... – 69 SAYT SABİQ NAZİR HAQDA...

Kəmaləddin Heydərov ötən həftə mətbuatın diqqətində olan məmurlar siyahısında ikinci olub

Baxış sayı:
12535

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 08-14 yanvar 2018-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Güləş Federasiyasının prezidenti, keçmiş vergilər naziri Fazil Məmmədov olmuşdur. Onun barəsində “Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı”, “Fazil Məmmədov körpüləri yandırdı: Riskli qərar”, “Fazil Məmmədovun həbsi üçün hüquqi baza hazırlanır - ilginc gəlişmə”, “Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı”, “Fazil Məmmədovun qohumu univeristet rektorluğundan kənarlaşdırılır” və “İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib – FOTOLAR” adlı 6 yazı ümumilikdə 69 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adl hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Gömrük generalı Kəmaləddin Heydərovu qəzəbləndirib”, “Aynur Camalqızının monopoliya biznesində kriminal izlər – ARAŞDIRMA” və “Göyçaylı sahibkar pulunu tələb edir – ŞİKAYƏT” başlıqlı 3 məqalənin 4 elektron KİV-də yayılması ilə Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov tutur. Nəhayət, elektron KİV-də adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə ““Texnologiya Universitetinin rektoru Akif Süleymanov və oğlu Şamil Süleymanovdan PREZİDENTƏ MÜRACİƏT - "Məni bura prezident təyin edib, mənim şikayətimi kimə edirsiz?"”, “Texnologiya Universitetinində “Fəto Gülən” sevgisi - ''Təhsilimizə və Dövlətimizə ciddi zərbə''/FOTO” və “Texnologiya Universitetin Akif Sülemanov özəlləşdirilib, yoxsa... - Universitetdə Fətullah Gülən İZİ” oxşar sərlövhəli, lakin eyni məzmunlu 3 məqalənin 3 elektron KİV-də yayılması ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və “Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı – Belə deyirlər…” yazısının da eyni sayda elektron KİV-də yayılması ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanov tutur. AQİL ABBAS BU HƏFTƏ ÖZÜNDƏN BƏHS ETDİRƏN YEGANƏ DEPUTAT OLDU Həftə ərzində “Aqil Abbasdan Ağacan Əbiyevin “ağılsız" sözünə cavab - "Gərək içki də içməsinlər” adlı yazının yenicag.az saytında işıqlanması ilə Aqil Abbas deputatlar arasında həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur. Muxalifet.az