Fatih Terim İranda baş məşqçi ola bilər

İranın əsas futbol klublarından olan “İstiqlal” komandası Türkiyə millisinin keçmiş məşqçisi Fatih Terimi baş məşqçi postuna gətirmək niyyətindədir.
 
Bu barədə klubun rəsmilərindən Rza İftixari məlumat yayıb.
“İlk seçimimiz türk futbolunun məşhur və böyük baş məşqçilərindən olan Fatih Terimdir”, - deyən klub rəsmisi danışıqlar prosesi ilə bağlı məlumat verməyib.