​Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"

Baxış sayı:
1805

"BMT İranda etirazlar zamanı insan ölümü faktlarının qeydə alınmasına görə təəssüflənir və gələcəkdə zorakılığın qarşısının alınacağına ümid edir".
"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təşkil edilən mətbuat konfransında təşkilatın mətbuat katibinin müavini Farhan Hak deyib.
"Baş katib İrandakı etirazlar barədə məlumatları yaxından izləyir", - deyə F.Hak bildirib.
BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir.
Qeyd edək ki, KİV-in son məlumatlarına görə, İranda etirazlar aksiyaları zamanı 20-dən çox adam ölüb.