F-35 qərarı Almaniyanı qarışdırdı!

Baxış sayı:
9964

 Alman hökumətinin ömrü tükənməkdə olan Tornado döyüş təyyarələrinin yerini doldurma siyasəti çərçivəsində ABŞ-ın F-35 təyyarələrindən imtina etməsi Alman Hava Qüvvələrinin keçmiş auditorlarının sərt tənqidlərinə səbəb olub.
 
General-polkovnik Müllner və Stieglitz Tornadonun yerinə düşünülən "dövrü keçmiş" F-18 və Eurofighter təyyarələrinin Almaniyanın nüfuzunu azaldacağını və "kifayət qədər təsirli olmadığını" bildiriblər.
Təyyarələrinin köhnəliyi, tanklarının nasazlığı və avadanlıqlarının çatışmazlığı ilə tez-tez gündəmə gələn Almaniya ordusu, (Bundeswehr) artıq 40 yaşına gələn Tornado döyüş təyyarələrinin əvəzinə inventara alınacaq təyyarələr mövzusunda da tənqid oxlarının hədəfi halına gəlib.
 
 F-35-lərin SİYAHIDAN ÇIXARILMASI CİDDİ BİR SƏHVDİR
 
Münhen "Təhlükəsizlik Konfransı ərəfəsində Alman Federal Hökumətinin silahlanma siyasətini tənqid edən keçmiş Hava Qüvvələri (Luftwaffe) auditorları general-leytenant Karl Müllner və general-polkovnik Klaus-Peter Stieglitz F-35 təyyarələrinin seçimlər arasından çıxarılmasını “ciddi bir strateji səhv" kimi qiymətləndirib.
F-35 döyüş təyyarələrinin seçimlər arasında düşünülməməsi Almaniyanı NATO-nun potensialından kənara qoyacağını açıqlayan auditorlar, Alman mətbuatında yer alan xəbərə görə, "85 ədəd Tornado qırıcısının yerinə hansı təyyarənin gətiriləcəyinə dair qərarın təxirə salınması Almaniyanın NATO güçsüzləşdirməklə yanaşı, Avropada sülhün təsis edilməsi qabiliyyətini də iflasa uğradacaq" deyə söyləyib.

Müxalifət.az