F-35-lər təyyarə gəmisinə uyğun gəlmədi: Qadağan ediləcək

Baxış sayı:
4738

ABŞ Konqresinin F-35 döyüş təyyarələriylə uyğun olmadığı üçün yeni təyyarə gəmisi CVN-79 John F. Kennedinin istifadə edilməsini qadağan edə biləcəyi ifadə edilib. “The Drive”-nın xəbərinə görə, 5-ci nəsil döyüş təyyarələri F-35C-lər CVN-79 John F. Kennedi təyyarə gəmisindəki elektromaqnetik təyyarə qalxış sistemi və inkişaf etmiş təyyarə dayandırma tərtibatıyla uyğun olmadığı üçün bu gəmi üzərində eniş və qalxış reallaşdıra bilmir. CVN-79 John F. Kennedi layihəsinə qarşı çıxanlar gəminin əsas funksiyalarını da yerinə yetirə bilmədiyini qeyd edərək test mərhələsində təyyarə gəmisindən yalnız F A-18 Super Hornet və EA-19G Growler təyyarələrin havalana bildiyini vurğulayıb. Qeyd edək ki, CVN-79 ABŞ-ın 13 milyard dollar sərmayə qoyduğu yeni nəsil Gerald R. Ford super təyyarə gəmisi sinifində yer alır. Bundan əvvəlki silsilədə inşa edilən CVN-78 ABŞ Donanmasına 2017-nin mayında təhvil verilmiş, ancaq çıxan problemlər səbəbiylə heç cür tam həcmli istifadə edilə bilməmişdi. Müxalifət.az