F-35 böhranı: “GİZLİ MƏLUMATLAR ƏLƏ KEÇİRİLDİ”

Baxış sayı:
4789

"Daily Mail”-in verdiyi xəbərə görə, şəxsiyyəti naməlum bir haker Tinderda Böyük Britaniya Kral Hava Qüvvələrində xidmət edən bir qadın pilotla tanış olub və sonra hesabını hackləyib. Bu hesab üzərindən digər İngilis pilotlarla ünsiyyət quran hakerın F-35-lər haqqındakı məxfi məlumatları ələ keçirdiyi iddia edilib.
 
İNGİLTƏRƏ MÜDAFİƏ NAZİRLİYİ BƏYANAT VERİB
 
İngiltərə Müdafiə Nazirliyindən edilən açıqlamalara görə, F-35-in sirlərini oğurlamaq istəyən bir qrup quldur Tinder üzərindən qadın pilotla əlaqə qurmağa çalışıb. Məqsədləri sosial mühəndis layihələrini də istifadə edərək qadının şəxsi məlumatlarını ələ keçirmək, beləliklə F-35-in rəqəmsal sisteminə sızmaq olub.
Qadın pilotun Tinder hesabı ələ keçirilib və eyni bölgədə vəzifəli olan bir başqa hava qüvvələri işçisi ilə danışıqlar başlanılıb. Məhz bu nöqtədə dövrəyə sosial mühəndislik girib. Kral Hava Qüvvələri, sızdırılan məlumatların üçüncü tərəflərlə bölüşüldüyünü təsdiqləyib.
Kral Hava Qüvvələri, "Az miqdarda məlumat sızdırıldı. Hesabı hacklənmiş olan şəxs, dərhal istintaq altına alınıb" açıqlaması verib. Sonra bu ifadələr İngilis mətbuat orqanı “Daily Mail” tərəfindən dərc olunub. Müdafiə Nazirliyi məlumatların sızdığı detalının həqiqət olmadığını bildirib. Bağlı personalın F-35-lə bağlı heç bir məlumat mübadiləsində olmadığı təsdiqlənib.

Müxalifət.az