F-16-lar sərhədi keçdi: AFRİN ƏMƏLİYYATI BAŞLADI

Baxış sayı:
1618

Türk Silahlı Qüvvələri (TSK), Afrin əməliyyatı çərçivəsində Afrindəki PKK/PYD hədəflərini mərmilərlə vurmağa davam edir. Həmçinin Hatay vilayətinin Reyhanlı və Kırıkhan rayonları arasında sərhəd xəttində qırıcı təyyarələrin sərhədi keçdiyi bildirilir.
 
Əməliyyat çərçivəsində Hatay vilayətinin Reyhanlı, Xassə və Kırıkhan rayonlarındakı sərhəd qoşunlarına tank və hərbi texnika nəqli davam edərkən sərhədin Afrin tərəfindəki Qara Ata qəsəbəsində yer alan Qarası çayına əsgərlərin rahat keçid edə bilməsi üçün körpü tikilir.
Fırtına mərmiləri də bir tərəfdən təcavüz atəşi açan hədəfləri və təhdid təşkil edən mövqeləri vurur.
Mərmi atışlarının ardından zirehli texnikaların sərhədin digər tərəfinə keçdiyi bildirilir.
Müxalifət.az