“Exo”ya hücum edən: "O, hər gecə məni ehtirasa gətirirdi..." - VİDEO - YENİLƏNİB

Moskvada yerləşən “Exo Moskva” radiostansiyasının binasına hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs əlindəki bıçaqla radio sədrinin birinci müavini və aparıcı Tatyana Felqenqauerə boğaz nahiyəsindən xəsarət yetirib. Aparıcıdan başqa hücumçunu xilas etməyə çalışan mühafizəçi də xəsarət alıb.
Polisdən verilən məlumata görə, cinayətkar tək olub və saxlanılıb.
Qadın jurnalist və mühafizəçi isə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
 
***
“Exo Moskva” radiosunun aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub.
O, Gürcüstan vətəndaşı Boris Gerts saxlanılarkən bunları deyib: “O, hər gecə telepatik əlaqədən istifadə etməklə məni ehtirasa gətirirdi. Buna görə ona hücum etdim”.
Gertsin saxlanma görüntülərini təqdim edirik: