​"EXO” QƏZETİ FƏALİYYƏTİNİ DAYANDIRIR

Baxış sayı:
5368

“Exo” qəzeti fəaliyyətini dayandırır.
Bu barədə APA-ya “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib.
O bildirib ki, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək: “Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək”.
R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərini və R. Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.