Evində meyiti tapılan şəxs özünü asıbmış - YENİLƏNİB

Bakıda evində meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.
 
APA-nın əldə etdiyi məlumata görə, Mövsüm Mustafayevin meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
 ***
 14 sentyabr, saat 22.46
 
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 FHN-nin verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Mustafayev Mövsüm Bağır oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.