Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb - Nazirlik

Baxış sayı:
10315

Azərbaycanda 2018/2019-cu tədris ilində xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb.
Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, sağlamlıq imkanları məhdud 6655 nəfər şəxs evdə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə təhsil alır.
O qeyd edib ki, sağlamlıq imkanları məhdud 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində və 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsilə cəlb edilib./ona