Ev almaq və satmaq istəyənlər bunu mütləq oxusun – Ekspert danışdı

Baxış sayı:
14761

Bir neçə gün əvvəl daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov demişdi ki, Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb. O bildirib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib. İlkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

Bəs qiymət artımı hansı evlərdə daha çox müşahidə edilir? Qiymətləirin düşmə ehtimalı varmı? Mövzu ilə bağlı ekspert Nüsrət İbrahimovla əlaqə saxladıq. “Yeni Sabah”a açıqlama verən N. İbrahimov bu sözləri deyib:

“Artımı daha çox bina evlərində, xüsusən də təzə tikililərdə müşahidə etmək olur. Amma köhnə tikililərdə çox da bahalaşma yoxdur. İl ərzində təqribən 10 faiz bahalaşma olub”.

Ekspert həmçinin evini satmaq, yaxyud ev almaq istəyən insanlara da öz məsləhətini verib:

“Payız mövsümüdür. Hazırda satıcıların bazarıdır, alıcıların deyil. Çünki adətən payız aylarında qiymətlər yuxarı gedir. Yəni bu satıcılar üçün sərfəlidir. Yay ayları isə alıcının bazarı olur. Çünki qiymətlər düşür. İndi satmaq sərf edir, nəinki almaq. Köhnə mənzillərin qiymətləri stabildir. Amama il ərizndə fəsildən və müxtəlif faktorlardan asılı olaraq, qiymətlər arta da bilər, azala da”.

Maaşların və əmək pensiyalarının artmasının bazarda qiymət artımına səbəb olacağı deyilir. Bəzi ekspertlər bunun ərzaqlarda da müşahidə olunacağını bildirirlər. Bəs əmlak bazarında vəziyyət necədir? Bu amil məzillərin qiymətinə də təsir edəcəkmi. N. İbrahimov bu artımın əmlak bazarına təsir etməyəcəyini deyib: 

“Çünki burda söhbət böyük pul vəsaitlərindən gedir. Buna təsiri ola bilər büdcədən tikinti sektoruna ayrılan pulun həcmində dəyişiklik olarsa, kredit təşkilatlarının bu sahəyə ayırdığı kreditin həcmindən və bir də ki, tələb təklifin nisbətindən... Bu gün bazarda təklif qıtlığı var. Buna görə də son bir ildə əmlak bazarında, xüsusən də ilkin bazarda qiymət artımı müşüahidə edilir. Tələb qıtlığı da mövcuddur, bu da pulla bağlıdır. Bir də ki, neftin qiymətinin stabiliyi... Bu da insanların psixologiyasına təsir edən faktordur”.