Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov haqqında ŞOK FAKTLAR – Silah qaçaqmalçılığı, saxta pasport düzəltmə, daha nələr...

Baxış sayı:
8758

Keçmiş Baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsamayılovun oğlu Etimad İsmayılovu Türkiyədə güllələyən Gözəl Dəmirov haqqında şok faktlar ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, kriminal qruplarla əlbir olan Gözəl Dəmirovla bir neçə il əvvəl azərbaycanlı milyarder Mübariz Mənsimov arasında da qalmaqal olub. Məlumata əsasən, hətta onun şikayəti əsasında 2009-cu ilin noyabr ayının 8-də M.Mənsimovu Türkiyə polisi bir neçə saat saxlayıb.
Qeyd etdiyimiz kimi, keçmiş polis polkovniki, Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi olan Gözəl Dəmirov hazırda Türkiyədə böyük biznesə sahibdir. “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla da müəyyən ortaqlı işlər görürlər. Bəzi məlumatlara görə, o, silah qaçaqçılığı ilə də məşğul olur. Mübariz Mənsimovla tanışlığı olan Gözəl Dəmirov ona Türkiyə vətəndaşı pasportu, üstəlik silah daşımaq icazəsi ala biləcəyini söyləyib. Bunun üçün Mübariz Mənsimovdan 250 min avro alıb. Sənədlər müəyyən müddət sonra Mübariz Mənsimova təqdim olunub.
Lakin günlərin birində məlum olub ki, polkovnik iş adamına “atıb” və ona gerçək sənədlər əvəzində saxta vətəndaşlıq sənədi, eləcə də saxta silahdaşıma icazəsi verilib. Polisin keçirdiyi adi reydlərdən birində üstündəki tapançanın sənədini təqdim edən Mübariz Mənsimovu oradaca həbs edərək polis idarəsinə aparıblar. Çünki həmin sənəd saxta imiş. Araşdırma nəticəsində məlum olub ki, hörmətli iş adamının ikili vətəndaşlıq pasportu da tamamən geydirmədir.
Mübariz Mənsimovu Türkiyədəki geniş əlaqələri xilas edib. Azərbaycanlı iş adamının yaxın dostu, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar olayı duyan kimi polis idarəsinə gəlib, Mübariz Mənsimovu zaminə götürüb və öz maşınında oradan çıxarıb.
Sonradan bu işin üstünü basdırıblar. Gözəl Dəmirovla bütün ilişkilərini kəsən iş adamı olayın və adının hallanmaması xatirinə cinayət təqibinə razılaşmayıb.
 
Muxalifet.az
 
P.S. Mövzu ilə bağlı araşdırmalarımızı davam edir.