Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər etdi - SEPARATÇILARIN LİDERİ İLƏ GÖRÜŞDÜ

Baxış sayı:
1365

Ermənistanın baş prokuroru Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Davtyan separatçıların rəhbəri Araik Arutyunyanla görüşüb.

Görüş zamanı “tərəflər” Qarabağ vətəndaşlarının hüquqlarının, o cümlədən həyat və hərəkət hüquqlarının müdafiəsinə yönəlmiş “dövlət institutlarının” işinin təşkilini müzakirə ediblər.

Davtyan qeyd edib ki, Ermənistan prokurorluğu indiki çətin şəraitdə cinayətkarlıqla mübarizə işində qarabağlı həmkarlarına kömək edəcək.

Qeyd edək ki, Artur Davtyanın Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata ziddir.