“Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyik” –İCRA BAŞÇISI LERİK SAKİNİNİN TORPAĞINI ZORLA ƏLİNDƏN ALIB

Baxış sayı:
12469

Lerik rayon sakini, Nəriman Nərimanov küçəsi ev 21 də yaşayan Quliyev Eldəniz Şadkamal oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən rayon sakini deyir ki, Lerikin icra başçısı və “Azərenerji” rəhbərliyi ona məxsus topraq sahəsini zəbt ediblər:
“Lerikin icra başçısı və “Azərenerji”nin regional rəhbərliyi qanuni 0.54 sot torpaq sahəmi zorla əimdən alıb, özümü də ehtiyac içində saxlayırlar. Bizim ailəyə heç yerdə iş verilmir. “Azərenerji” mənim mülkiyyətimdə  stansiya tikib, amma bizim ailəni işlə təmin etmirlər. Üstəlik, torpağın qarşılığında təzminat da ödəmirlər.
Bunu edən Lerik rayonunun icra başçısı Rövşən Bağırovdur.
Mən Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm, ona görə ki, mən və ailəm aclıq təhlikəsindədir”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.