Ermənistandakı seçkinin qalibi Paşinyan oldu

Baxış sayı:
6076

 Ermənistanda keçirilən erkən deputat seçkisinin qalibi səslərin 70,4 faizini alan müvəqqəti baş nazir vəzifəsini icra edən Nikol Paşinyan başçılıq etdiyi "Mənim Addımım" ittifaqı olub.
 
Ermənistan Mərkəzi Seçki Komissiyası dünən keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin nəticəyə görə, seçkidə 2,5 milyon qeydiyyatlı seçicinin 48,6 faizi iştirak edib.
Paşinyanın rəhbərliyindəki "Mənim Addımım" ittifaqı səslərin 70,4 faizini alıb.
Ermənistan məclisinə Paşinyanın ittifaqı xaricində səddi aşan iki partiya girə bilib. Bunlar, 8,2 faiz səs alan iş adamı Qaqik Tsarukyanın rəhbərliyindəki “Firavan Ermənistan” Partiyası və 6,3 faiz ilə Edmon Marukyanın başçılıq etdiyi “Parlaq Ermənistan” Partiyası olub.
 
Ermənistandakı seçkinin qalibi Paşinyan oldu
 
Daha əvvəl hakimiyyətdə olan sabiq prezidenti Serj Sarkisyanın Respublikaçılar Partiyası 4,7 faiz, Daşnak partiyası isə 3,9 faiz səs alaraq bəndi keçə bilmədiyi üçün parlamentə girə bilməyib.
Qeyd edək ki, Ermənistanda seçki ittifaqları üçün 7 faiz, təkbaşına iştirak edən siyasi partiyalar üçün 5 faiz seçki barajı mövcuddur.
Seçkilərdə iştirak gözləniləndən olduqca az olub. Təxminən 2,5 milyon qeydiyyatlı erməni seçicinin 48,6 faizi səs verib. Əvvəlki seçkidə bu nisbət 60 faiz olmuşdu. Ermənistandakı erkən seçkidə 11 partiya və ittifaq yarışıb.
Xalqın 5 il üçün seçdiyi millət vəkillərinin növbəti günlərdə parlamentdə edəcəyi səsvermə ilə yeni baş nazir təyin olunacaq.
Müxalifət.az