​Ermənistandakı etirazların əsas səbəbi... - Gürcü politoloq

Baxış sayı:
9001

Ermənistandakı etirazların əsas səbəblərindən biri ölkənin ağır sosial-iqtisadi vəziyyətidir.
Muxalifet.az xəbər verir ki, bunu apa -ya açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli deyib.
O, Ermənistan iqtisadiyatında çox ciddi problemlərin olduğunu bildirib: “Bunu Ermənistan vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi də sübut edir. Gürcüstana da çoxlu sayda Ermənistan vətəndaşları axın edir. Ölkədə iqtisadi inkişaf xalqın maraqlarına və rifahına yönəlməyibsə, təbii ki, xalq kütləvi aksiyalarla narazılıq ifadə edəcək”.
L.Metreveli qeyd edib ki, Gürcüstanın sərhədlərində istənilən qeyri-sabitlik ölkədə narahatlıq doğurur. “Unutmayaq ki, Ermənistan ərazisində hərbi baza var və vəziyyət daha da gərginləşərsə, region üçün ciddi təhlükə yarana bilər. Sabitlik olmayan ölkədə mövcud münaqişə sülh və sabitlik üçün təhlükədir. Ermənistanda daxili problemləri münaqişənin eskalasiyasının hesabına həll etmək istəyən qüvvələr ola bilər”.
Ekspert hesab edir ki, Ermənistanda hakimiyyətə elə qüvvə gəlməlidir ki, ilk növbədə qonşu ölkələrlə sülh və mehriban dostluq münasibətləri qura bilsin: “Azərbaycan kimi Gürcüstan da sülhsevər ölkədir. Ermənistan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərdən nümunə götürə bilər”.