​Ermənistanda sensasion seçkilər: 4 şəhərdən 3-ündə...

Baxış sayı:
2830

21 oktyabr tarixində Ermənistanın 4 iri şəhərində növbədənkənar meriya seçkiləri keçirilib. Şəhərlərdən 3-ündə sensasion dərəcədə aşağı seçici aktivliyi müşahidə edilib.
Muxalifet.az xəbər verir ki, baş nazir Nikol Paşinyan “məxməri inqilab”dan danışaraq, Eçmiədzin və Armavirdə öz əhatəsində olan namizədləri dəstəkləsə də, bu şəhərlərdə aktivlik xeyli aşağı olub.
Ermənistan Mərkəzi Seçki Komitəsinin 20:00-a olan məlumatına görə, Eçmiədzində seçki məntəqələri bağlanan ərəfədə seçicilərin yalnız 34,95 faizi səsvermə hüququndan istifadə edib.
Armavir isə daha aşağı göstərici şok effekti yaradıb. Belə ki, burada seçicilərin göstərilən vaxt ərzində yalnız 34,62 faizi öz səsindən istifadə edib.
Razdan şəhəri isə 36,82 faizlə bu siyahıda yer alıb.
Qeyd edilir ki, Ermənistanda müstəqillik illərində ilk dəfə olaraq belə ölkə əhəmiyyətli seçkilərdə olduqca aşağı seçici aktivliyi müşahidə edilib.
Bildirilir ki yalnız Kapan şəhərindəki göstərici (55,77 faiz) digərlərindən bir qədər yüksək olub.