​Ermənistanda seçici passivliyinin səbəbi - Millət vəkili

Baxış sayı:
2176

Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığının aşağı olmasına münasibət bildrən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, səbəb çox sadədir:
“Siyaahıdakı 2,6 milyona yaxın insanın böyük əksəriyyəri ölkədə yoxdur. Əvvəlki hakimiyyətlərin “Böyük Ermənistan” siyasəti əhalinin normal yaşayış dalınca bütün dünya boyunca səpələnməsinə səbəb olub. Real yaşayan əhali obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar”.
Qeyd edək ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində saat 17:00 üçün 39,54% qeydə alınmış seçici səs verib.
Ermənistan üzrə rəsmən 2 milyon 573 min seçicinin olduğu bildirilir.