​Ermənistanda icra hakimiyyətinin binasında PARTLAYIŞ - Foto

Baxış sayı:
1981

Ermənistanın Lori vilayətinin Mets Parni kəndinin icra hakimiyyətinin binasında partlayış baş verib.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Partlayış nəticəsində binanın divarı çatlayıb, arakəsmələr uçub. Xəsarət alanlar və hadisənin səbəbi haqda məlumat yayılmayıb.
Qeyd edək ki, 13 otaqdan ibarət 269 kv. metr sahəsi olan bina 2012-ci ildə tikilib.