​Ermənistanda hökumət adamlarına sui-qəsd - ŞOK OLAYLAR

Baxış sayı:
5221

Ermənistanda dövlət adamlarına sui-qəsdə hazırlaşmaqda şübhəli bilinən silahlı dəstə üzvləri həbs edilib.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2001-ci ildə dövlət adamlarına sui-qəsd məqsədilə qurulmuş dəstəyə Stepan S. adlı şəxs rəhbərlik edib.
Ararat rayonundan olan Stepan S. və dəstənin digər üzvlərinə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
İlkin dindirilmədən sonra məlum olub ki, dəstə üzvləri ayrı-ayrı vaxtlarda bir sıra dövlət adamına qarşı sui-qəsdə cəhd etsə də, baş tutmayıb.
Məsələ barədə əlavə məlumat verilməyib.