​Ermənistan yeni itkilərini etiraf etdi - DAHA 2 ÖLÜ

Baxış sayı:
24221

Ermənistan ordusu yeni itkiləri barədə məlumat açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gecə cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – müddətdən artıq xidmət edən (MAXE) Vaaqn Ovsepoviç Qdalyan (1996-cı il) və əsgər Razmik Arutyunoviç Ambartsumyan (1998-ci il) ölüb.
Düşmən tərəfi yaralıların olduğunu etiraf etsə də, onların dəqiq sayı məlum deyil. Hadisənin minomyot mərmisinin partlaması nəticəsində baş verdiyi deyilir.