Ermənistan sərhədində yanğın: 7 briqada hərəkətə keçdi - VİDEO

Baxış sayı:
8683

Ötən gün axşam saatlarında Gürcüstan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb.
Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan tərəfində başlayan yanğın sonradan Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndi ərazisinə də keçib.
Gürcüstan ərazisində yanğının söndürülməsinə 7 yanğınsöndürmə-xilasedici briqada cəlb olunub. Ümumilikdə ərazidə 65 2wsxvə xilasedici fəaliyyət göstərib, yanğın artıq söndürülüb./Axar