Ermənistan qarışdı! HƏRBÇİLƏR KÜÇƏLƏRƏ ETİRAZA ÇIXDILAR

Baxış sayı:
2716

Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etirazlar yenidən alovlanıb. Ölkənin Müdafiə Nazirliyi, nümayişçilər arasında hərbçilərin də olduğunu etiraf edib. Müdafiə naziri bu hərbçilərin sərt hüquqi sanksiyalara məruz qalacağı ilə hədələyib.
 
Nümayişçilər, paytaxt İrəvandakı Puşkin, Tumanyan və Parpetsi küçələrini bağlayaraq hökumət əleyhinə şüarlar atırlar.
ABŞ-n dəstəkləidiyi Azad Avropa Radiosu, etirazçı əsgərlərin yer aldığı fotoşəkilləri dünyayla paylaşıb.
Ermənistan mətbuatında çıxan xəbərlərə görə, səhər saatlarında İrəvanın şəhərətrafı qəsəbələrində də etirazlar başlayıb. Nümayişçilərin yolları bağlamağa çalışdığı Ajapnyak bölgəsində gərginliklər yaşandığı bildirilib.
Qeyd edək ki, Serj Sarkisyan prezidentlik dövrünün sonunda baş nazir olmaq niyyətinin olmadığını ifadə etmişdi. Ancaq buna baxmayaraq parlamentdə baş nazir seçilməsi xalqın hiddətinə səbəb oldu.
Xatırladaq ki, Sarkisyanın prezident seçildiyi 2008-ci ildə də nümayişçilər səsvermədə saxtakarlıq iddiası ilə küçələrə tökülmüşdü. Polisin müdaxiləsində ən az səkkiz nümayişçi həyatını itirmişdi. Ancaq bu dəfə Sarkisyan daha ciddi etiraz dalğası ilə qarşı-qarşıyadır.
Müxalifət.az