Ermənistan prezidenti CƏMİYYƏTƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
6874

Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə başçısı Armen Sarkisyan hər kəsin hüquq çərçivəsində davranması üçün cəmiyyətə müraciət edib.
 
Armen Sarkisyan müraciətdə bu gün bütün dünyanın diqqətinin Ermənistanda olduğunu vurğulayıb:
“Bu həlledici anda, hər kəsə müraciət edirəm - Milli Məclisin üzvləri, siyasi qüvvələr, bütün dövlət aparatı, bizim cəmiyyətin müxtəlif təbəqələri, gənc insanlar - bütün tədbirlər yüksək vətəndaşlıq məsuliyyəti və sağlam düşüncə ilə atılmalı, addımlar dövlətimiz və millətimiz adına Konstitusiya çərçivəsindən kənara çıxmamalıdır".
Müxalifət.az