​Ermənistan parlamenti Paşinyanın təklifini RƏDD ETDİ

Baxış sayı:
6466

Ermənistanın Milli Məclisində təmsil olunan 4 partiya qrupundan üçü ölkədə növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsini təklif ediblər.
“İnterfaks” xəbər verir ki, parlamentin iclasında Respublikaçı Partiyası, Daşnaksütyun Partiyası, Firavan Ermənistan Partiyasının üzvü olan millət vəkilləri parlament seçkilərini baş nazir Nikol Paşinyanın istədiyi kimi bu ilin dekabr ayında yox, 2019-cu ilin may ayında keçirilməsini məqsədəuyğun hesab ediblər.
Belə olsa, adıçıkilən partiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməməyə razıdırlar. Yalnız N.Paşinyanın təmsil etdiyi Vətəndaş Müqaviləsi Partiyasının, İşıqlı Ermənistan Partiyasının, əvvəlki baş nazir Aram Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının yaratdığı “Elk” qrupu seçkiləri bu ilin sonunadək keçirilməsini qəbul edirlər.