Ermənistan ordusunda zabitlərə də ağıllı telefonların istifadəsi qadağan edilib

Baxış sayı:
9037

Ermənistan ordusunda orta və kiçik rütbəli zabit heyətinə ağıllı və digər kameralı telefonların istifadəsi qadağan edilib.
 
Erməni KİV-ləri xəbər verir ki, Ermənistan və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunmuş erməni hərbi bölmələrində əsgər heyətindən sonra zabitlərə də ağıllı və digər kameralı telefonların istifadə edilməsi qadağan olunub.
Bildirilir ki, bu tipli telefonların istifadə edilməsinin qadağan olunmasına səbəb telefonlar vasitəsilə çəkilən və gizlilik xarakteri daşıyan şəkillərin sosial şəbəkələrdə yayılmasıdır. Bundan başqa internetə qoşulan telefonlar vasitəsilə qeyd edilən şəxsin yerinin müəyyən edilməsi də mümkündür.
Lakin Ermənistan Müdafiə Nazirliyindən bu dəyişikliyin səbəbini öyrənmək mümkün olmayıb. Zabitlər əmin edir ki, bu addım ordunu, daha doğrusu orduda baş verənləri qapalı saxlamaq məqsədi daşıyır. Bu yolla baş verənlərin, yəni Ermənistan ordusundakı zorakılıqların lentə alınmasının qarşısı alınır.