Ermənistan ordusu ilə atışmadan sonra Elçin Quliyev Qazaxa yollandı - FOTO

Baxış sayı:
6691

Xəbər verildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki sutka ərzində Azərbaycan sərhəd qoşunlarının mövqelərini intensiv şəkildə atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub.
DSX-nin mətbuat mərkəzindıən virtualaz.org-a verilən məlumata görə, bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.