Ermənistan işıqsız qaldı - YENİLƏNİB

Baxış sayı:
14400

Enerji sistemində baş vermiş qəza üzündən Yerevan İEM və Razdan İES-in 5-ci enerji bloku işini dayandırıb. Bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Hazırda enerji sistemində qəza vəziyyətidir. Yerevan İEM və Razdan İES-in 5-ci enerji bloku işini dayandırıb. Bütün respublika ərazisində fasilələr ola bilər”, - Avinyan özünün “Facebook” səhifəsində yazıb.
“Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.

***14:00

Ermənistanın bəzi vilayətlərində, o cümlədən Yerevanda elektrik təchizatında problemlər yaranıb.
Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Yerevan metrosunun işi dayanıb.
Qeyd olunur ki, telefon şəbəkəsi və internet fasilələrlə işləyir. Ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması funksiyalarını yerinə yetirən “Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib.