​Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası: GƏNC ALİMLƏR DƏ AYAĞA QALXDI

Baxış sayı:
2893

Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.
“Report” xəbər verir ki, “Biz də varıq” şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər.
Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun “pis nümunə ola biləcəyi” vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də Yerevanda etiraz aksiyasına toplaşmışdılar.
Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.