Ermənistan hökümətində PARÇALANMA: POLİS YENİ BƏYANAT VERDİ

Baxış sayı:
3880

Ermənistan polisi az öncə tələbələrin mitinqlərini normal keçirməsini təmin etməyə hazır olması barədə Yerevanda bəyanat yayıb.
 
"Hazırda mitinq iştirakçılarının əksəriyyəti gənclər olmaqla, İrəvanda nümayiş keçirilir”.
Polis yol hərəkətinin təhlükəsiz təşkili və müvafiq aksiyanın normal keçirilməsini təmin etməyə hazır olduğunu bildirir.
“Ermənistan Polisi, gənclərin də lazımi qarşılıqlı anlaşma nümayiş etdirəcəyini, özünütəşkil üçün tədbirlər görəcəyini, yolların tamamilə bağlanmasına və polis əməkdaşlarına itaətsizliyə yol verilməyəcəyni gözləyir” deyə,bəyanatda deyilir.
Qeyd edək ki, artıq bəzi hərbçilərin etirazçı gənclərin tərəfinə keçdiyi kimi, polisin də mitinqçilərin tərəfinə keçməsi gözlənilir. Bu yöndə Ermənistan hökümətinin nazirlərində də müəyyən əndişələr vardır. Az öncə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan polisin nəinki təhlükəsizliyi təmin etmədiyi, hətta etirazçılara bu cür yumşaq və etidallı davranışın etiraz dalğasının böyüməsinə yol açdığını bəyan edib. Bu faktın özü də göstərir ki, artıq Sarkisyan hökümətində daxili inamsızlıq və parçalanma prosesi başlayıb.
Müxalifət.az