Ermənistan bu səbəbdən ən qeyri-tolerant ölkə oldu
31-03-2018 19:46
Baxış sayı:
2725
Ermənistan Mərkəzi və Şərqi Avropa ölkələri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.
Muxalifet.az-ın məlumatına görə, bu barədə “Pew Research Center” tədqiqat mərkəzinin hesabatında qeyd olunur.
Bildirilir ki, müvafiq sosial sorğu Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində aparılıb.
Hesabata əsasən, Ermənistan sakinlərinin 32 faizi öz ölkəsinin vətəndaşları arasında yəhudiləri görmək istəmir.
Ən aşağı antisemitizm göstəricisi Ukraynada qeydə alınıb. Sorğu nəticəsində məlum olub ki, bu ölkədə sakinlərin yalnız 5 faizi yəhudilərə mənfi münasibət bəsləyir.