​Erməniləri Sumqayıtda kimlər öldürüb? - Şok açıqlama - VİDEO

Baxış sayı:
2263

Erməniləri Sumqayıtda azərbaycanlılar öldürməyib.
Bunu erməni əsilli Rusiya politoloqu Sergey Kurqinyan söyləyib.
"Mən 1980-ci illərin sonunda Bakıya gəldim. Burada nə baş verirdi? Bütün məsuliyyətimlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin öldürülməsini, onlara qarşı bir sıra ritual hərəkətlərə yol verilməsini azərbaycanlılar yox, beynəlxalq özəl strukturların nümayəndələri tərəfindən təyin edilən insanlar təşkil ediblər. Biz bu nümayəndələri adları ilə tanıyırıq. Onların hansı strukturlara tabe olduqlarını və indi hansı strukturlara işlədiklərini bilirik. Bu insanlar erməniləri öldürüb, bu işə azərbaycanlıları qoşdular. Bundan sonra isə azərbaycanlıları öldürüb, bu işə erməniləri qoşdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdurdular və idarəolunan gərginlik yarandır" - deyə o bildirib(axar.az).