ERMƏNİLƏR XANKƏNDİNDƏN VƏ LAÇINDAN DA QAÇIR - VİDEO / Yenilənib

Baxış sayı:
3088

Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki erməni əhalisi arasında çox ciddi panikaya, xaosa səbəb olub. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də təsdiq edirlər.

“Radio Sputnik” qeyd edir ki, Xankəndi şəhərinin və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinin sakinləri kütləvi şəkildə Ermənistana üz tuturlar. Jurnalistin sözlərinə görə, insanlar Xankəndinin mərkəzində, mehmanxananın qarşısında toplaşırlar. Onlar ya avtobuslarla, ya taksi və təsadüfi maşınlarla Yerevana gedirlər.

“Biz çox qorxuruq ki, şəhər bombalanacaq və hətta küçə döyüşləri olacaq. Şəhərdə ancaq kişilər qalır, qalanları getsələr yaxşıdır”,-Qarabağdan getmək istəyən ermənilərdən biri deyib.

Qeyd olunur ki, təmas xəttinə yaxın yaşayış məntəqələri praktiki olaraq boşalıb, həmin yaşayış məntəqələrindən ermənilər ya Ermənistana gediblər, ya müvəqqəti olaraq Xankəndində yerləşiblər. Şəhərdə mağazların çoxu bağlıdır.

***

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxu və təşvişə düşərək, Xankəndidən qaçdığını əks etdirən görüntülər yayılıb.

 

Görüntülərdə qeyd olunur ki, ermənilər maşınlarla İrəvna qaçırlar.

Qeyd edək ki, Azərbaycan Ordusu erməni işğalçılarının 27 sentyabrdan başlayaraq törətdiyi təxribatlardan, cəbhəyanı kəndləri atəşə tutmasından sonra işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatı həyata keçirir.

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxaraq, Laçından qaçdığını əks etdirən foto yayılıb.

Fotoda ermənilərin maşınlara yığmaq üçün əşyalarını hazırladıqları görünür.