​Ermənilər Azərbaycan torpaqlarında təlim keçir

Baxış sayı:
1987

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir.
APA-nın xəbərinə görə, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.
Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.