Ermənilər Azərbaycan əsgərini lampa işığında əməliyyat edib? – İNANAN DAŞA DÖNSÜN!

Baxış sayı:
17941

Bu günlərdə düşmənə məxsus bəzi xəbər portallarında ermənilərin Qarabağ müharibəsində azərbaycanlı yaralılara guya tibbi yardım göstərməsi ilə bağlı informasiyalar yer alıb. Moderator.az erməni məbələrinə istinadən xəbər verir ki, məlum informasiyalarda müəyyən fotoşəkillər də yer alıb ki, həmin fotolarda tibbi yardım alan şəxslərin azərbaycanlı olduğu iddia olunur. Məlumat üçün qeyd edək ki, Qarabağ müharibəsi zamanı hər hansı bir azərbaycanlı yaralıya ermənilərin tibbi yardım göstərməsi ilə bağlı heç bir fakt mövcud deyil. Əksinə, erməni həkimlərinin azərbaycanlı yaralılar, eləcə də hərbi əsirlər üzərində eksperimental xarakterli müxtəlif qanunsuz tibbi əməliyyatlar apardığı, onların bədəninə həyatları üçün təhlükəli olan müxtəlif pereparatlar daxil etməsi ilə bağlı çoxsaylı informasiyalar var. Erməni həkimlərinin azərbaycan əsirlərinin daxili orqanlarını çıxararaq xarici ölkələrə satması ilə bağlı da iddialar mövcuddur. Bu baxımdan erməni həkimlərinin guya hansısa azərbaycanlı yaralıya tibbi xidmət göstərməsi ilə bağlı söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Çox güman ki, rəsmi İrəvan bununla beynəlxalq aləmdə erməni humanizmi ilə bağlı rəy formalaşdırmağa, erməni hərbi həkimlərinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır.