​Erməni xüsusi xidmət rəhbərlərinin gizli söhbəti yayıldı - Audio

Baxış sayı:
4411

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.
Muxalifet.azreport-a istinadən xəbər verir ki, o eyni zamanda bu səs yazısının yayılmasının əsas məqsədinin MTX və XİX-in mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb.
XİX rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.