Erməni xüsusi təyinatlıları Azərbaycan mövqelərinə diversiyaya HAZIRLAŞIR - FOTOLAR

Baxış sayı:
14329

Ermənistan ordusu sentyabrın 25-dən oktyabrın 4-nə qədər genişmiqyaslı hərbi təlimləri davam etdirir.
İşğal altındakı Qarabağı da əhatə edən hərbi təlimlər zamanı diversiya hücumlarına hazırlıq təlimləri də keçirilir.
Belə ki, işğalçı ordunun 5-ci korpusunun xüsusi təyinatlı birləşmələri gecə saatlarında diversiya hücumu həyata keçirmək üçün məşqlər edib. Azərbaycan ordusunun mövqelərinə gecə diversiya hücumu imitasiya edən məşqlər zamanı xüsusi təyinatlılar şərti düşmənin arxa mövqleərinə keçərək diversiya-təxribat aktları gerçəkləşdirib. Bu zaman minalanmış sahələrin təmizlənməsi, gecə maskanlaması kimi detallar da gözdən keçirilib.//Modern.az