“Erməni soyqırımı” yalanı: ermənilər 700 min müsəlmənı qətl etdilər

Baxış sayı:
12949

Osmanlının 1900-cu illərdə düşdüyü xaosu fürsət bilərək Türk torpaqlarını yanğın yerinə çevirən xəyanətkar ermənilər Müsəlmanlara qarşı böyük bir soyqırıma girişdi. Şərqi və cənub-şərqi Anadolunun demoqrafik quruluşunu dəyişdirərək “Böyük Ermənistanı” qurmaq istəyən xəyanətkar şəbəkələr, Türklərin yaşadıqları yerləri yanğın yerinə çevirdi. Hamilə qadınların qarınlarını yararaq dünyaya gəlməmiş körpə uşaqları belə qətlə yetirən Daşnak və Hnçak-a mənsubu olan ermənilər, həyatda bənzəri görünməmiş soyqırıma imza atdı. Müsəlman Türkə olan düşmənçiliyi heç vaxt bitməyən ermənilər, öz törətdikləri qətlləri Türklərin üzərinə atmaqdan da çəkinmədi. Məsələ ilə bağlı münasibət bildirən tarixçilər, soyqırımı ermənilərin törətdiyini qeyd etdi. Amansızcasına qətliam etdilər Tarixçi yazıçı Süleyman Baltadimdik ermənilərin imperialistlərin təhriki ilə Türklərə qarşı böyük bir soyqırıma başladığını bildirərək, "İngiltərə, Rusiya və Fransanın təhriki ilə “Böyük Ermənistanı” qurmaq üçün bölgə xalqına zülmə başladılar. Şərqi Anadolu da erməni əhalisi 20 faiz idi. 20 faiz erməniyə 80 faiz Müsəlman əhalini yox etdirilmək istənib" deyib. Əsas soyqırımı ermənilərin törətdiyini qeyd edən Baltadimdik, "Ermənilər 700 min Müsəlmanı qətlə yetirdi. 600 min Müsəlmanı isə öz yurdlarında mühacirətə vadar etdi. Əsas soyqırım ermənilər tərəfindən Türklərə qarşı işlənib. Çünki Batumdan İsgəndərə qədər “Böyük Ermənistanı” qurmaq istəyirdilər. Bunun üçün amansızcasına hücum etdilər" deyə bildirib. Türklər mötədil davrandı Türklərin hər şeyə baxmayaraq şəfqətli rəftar etdiyini xatırladan Baltadimdik, "Minlərlə ildir ki, birgə yaşadığımız ermənilər ən çətin zamanımızda bizi arxadan vurdu. Buna baxmayaraq Osmanlı yalnız əmin-amanlığı pozan erməniləri jandarmanın mühafizəsində başqa yerə daşıdı" deyib. Ermənilərin tarixi faktları təhrif etdiyini vurğulayan Baltadimdik, "Ermənilər Türklərə etdiklərini hər hansı birinə etsələr, çox daha böyük sanksiyalara məruz qalırdılar. Türklər hər şeyə baxmayaraq mötədil davrandılar. Yalnız özlərini müdafiə ediblər, olan budur. Ermənilər tarixin ən amansız qırğınlarını məsum vətəndaşlara qarşı apardı" deyib. Anadoluda 185 toplu məzar Tədqiqatçı tarixçi Ensar Gökhan Dalkıran ermənilər tərəfindən ortaya atılan iddiaların böyük bir yalan olduğunu bildirərək, "Məhz Birinci Dünya Müharibəsində Rusların Bolşevik inqilabı bu bölgədən çəkilib, ölkələrinə qayıtması nəticəsində bu bölgədə könüllü erməni dəstələri hərəkətə keçərək Ərzurumda 50 min, Vanda 45 min, Qarsda 17 min, İğdırda 15 min, Ərzincanda. 13 min, Diyarbəkirdə 12 min, Beşbarmaqda 10 min olmaqla, müxtəlif bölgələrdə ümumilikdə, 700 mindən çox dinc insanımızı qətlə yetirmişlər" deyib. Şərqdə bir çox bölgədə Türklərə aid kütləvi məzarların olduğunu qeyd edən Dalkıran, "Aparılan qazıntı işlərində şərqi və cənub-şərqi Anadoluda 185 kütləvi məzar aşkar edilmişdir. Türkiyə “erməni soyqırımı” ilə bağlı tarixi arxivlərini hər zaman bütün şəffaflığı ilə ortaya qoyur. Baş verən hadisələrə obyektiv olaraq baxıldığında çox dəqiq bir şəkildə görünür ki, erməni dəstələri Müsəlman Anadolu xalqına böyük bir soyqırım etmişdir" deyə söyləyib. Müxalifət.az