​““Erməni soyqırımı” imperializmin yalanıdır” – DOĞU PERİNÇƏK

“Erməni soyqırımı” imperializmin yalanıdır.
Bu sözləri “Ulusal kanal”da çıxışı zamanı Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib. O, Türkiyənin Sabancı Universitetini “erməni soyqırımı” ilə bağlı təşkil etdiyi seminara görə vətən xaini adlandırıb:
“Erməni soyqırımı” iddiası Birinci Dünya müharibəsindən bu yana imperialist savaş təbliğatının bir hissəsidir. Birinci Dünya müharibəsində ingilislər və Rusiya çarlığı bu yalanı ortaya atdılar. Ona görə ki, Osmanlı dövlətini parçalamaq istəyirdilər. Buna görə də “erməni soyqırımı” imperialist yalandır. Sabancı Universitetinin “erməni soyqırımı” ilə bağlı təşkil etdiyi seminarda həqiqətlər axtarılmır.
Soyqırım cinayətdir və hər kəs soyqırımla bağlı söz söyləyə bilməz. Universitetlər məhkəmə kürsüsü deyil. Burada qərarlar verilə bilməz.
Bu seminar ABŞ imperializminin “Kürdüstan”, daha dəqiq desək “İkinci İsrail” layihəsinin xidmətindədir. Seminarda xüsusilə ermənilər və kürdlərin Türkiyəyə qarşı tale ortaqlığı mövzusu işlənilib. Bu, imperialist etirafıdır. Türkiyə bu gün ABŞ-ın hazırladığı qladio zərbələrinə və ABŞ-ın dəstəklədiyi terrora qarşı vətən savaşı aparır. Ona görə də bu seminar Türkiyəyə qarşı düşmən fəaliyyətidir. Bu gün Türkiyə ordusu ilə ABŞ-ın qarşı-qarşıya olduğu vaxtda “erməni soyqırımı” sadəcə savaş tapşırığıdır. Bununla Vaşinqton ordunu vətənini müdafiə edə bilməyəcək hala gətirmək istəyir. Sabancı Universitetinin bu fəaliyyəti elmə, hüquqa və vətənə xəyanətdir. Sabancı Holdinq Türkiyə torpaqları üzərində türk əməkçisini çalışdırıb, “erməni soyqırımı”na xidmət etməklə öz fəaliyyətini aparır. Sabancı Holdinq bu torpaqlardan qazandığını bu torpaqları bölmək istəyənlərəmi verəcək?”
Qeyd edək ki, Sabancı Universiteti Almaniyada Potsdam Universiteti, Miçiqan Universiteti və Berlin Avropa Akademiyası ilə birgə “Keçmişdə və bu gün Avropanın “erməni soyqırımı”na yanaşması” adlı seminar keçirəcək. Seminar 14-17 sentyabrlar arasında baş tutacaq. Bu seminar türk və erməni alimlərinin ortaq fəaliyyəti kimi təqdim olunur(axar.az).