“Erməni soyqırımı” ABİDƏSİ QALDIRILDI

Baxış sayı:
4882

Almaniyanın Köln şəhərindəki “Erməni soyqırımı” abidəsinə dair mübahisədə məhkəmə abidənin qaldırılmasının qarşısının alınması üçün edilən müraciəti rədd edib.
 
Köln İdarə Məhkəməsi, Reyn kənarına ucaldılan "soyqırımı abidəsinin" götürülməsinin qarşısını almaq üçün icraatı dayandırmaq tələbi ilə edilən müraciəti rədd edib.
Məhkəmə qərara əsas kimi dövlətə açıq sahələrdə abidə ucaldılması üçün lazımi xüsusi icazənin alınmamış olmasını göstərib. Qərarda həmçinin müraciət edən təşəbbüs üzvünün bu istiqamətdə bir icazə vermək səlahiyyətinin olmadığı bildirilib. Məhkəmə, müraciətdəki "fikir azadlığı"nı da əsas olaraq qəbul etməyib və abidənin götürülməsinə qərar verib.
 
HƏMİN GÜN GÖTÜRÜLDÜ
 
Bələdiyyə rəsmiləri qərardan sonra elə həmin gün abidəni götürərək bələdiyyəyə aid bir binaya nəql edib. Abidəni düzəldən sənətçilərə də əsərlərini istənilən zaman bələdiyyədən təhvil ala biləcəkləri bildirilib.
Qeyd edək ki, bələdiyyə rəhbərliyi keçən həftəki açıqlamasında, Kölndəki Erməni cəmiyyətinin 1915 hadisələrində həlak olanları anmaq üçün keçən il bir abidə ucaltmalarına icazə verildiyinə diqqət çəkmişdi. Açıqlamada, 2017-ci ildə Brück səmtindəki Lehmbacher qəbiristanlığına abidə ucaldıldığı xatırladılmışdı.
Müxalifət.az