Erməni əsgər yoldaşını yatarkən bıçaqlayıb

Baxış sayı:
11254

Ermənistanın Tavuş Rayon Məhkəməsində hakim Samvel Mərdanyanın sədrliyi ilə Narek Karapetyan və Şirin Mxoyanın məhkəməsi keçirilib.
 
Erməni KİV-ləri xəbər verir ki, N. Karapetyan əsgər yoldaşı Şirin Mxoyanı döyməklə və yüngül yaralanma əlamətləri hesab olunmayan bədən xəsarətləri yetirməkdə ittiham edilir.
Şirin Mxoyan isə, onu döyməsi və alçaltmasına görə qisas almaq məqəsdilə Karapetyanı bıçaqlamaqda ittiham olunur.
Karapetyana qarşı yaşayış yerini tərk etməmə, Şirin Mxoyana qarşı isə hərbi hissə komandirinin nəzarətinə verilməsi barədə qərar qəbul edilib.