Erməni saytı “Voskanapat”ın təxribatı

Azərbaycanı "bəsit propaqandada" ittiham edən erməni xadimləri əslində özləri alçaq və çirkin yalanlara, provokasiyalara ve dezinformasiyalara əl atırlar.
 
Bunun bariz nümunəsi “Voskanapat” saytının Turan agentliyinin redaktoru Şahin Hacıyevə istinadla Giləzi yaxınlığında hərbi obyektdə partlayışın səbəbləri barədə yaydığı "informasiyanı" göstərmək olar.
"Mənim Facebook səhifəmin ziyarətçiləri görürlər ki, belə bir yazı yoxdur və olmayıbdır. 30 il iş stajına malik olan peşəkar jurnalist və redaktor kimi, mən özümə və başqalarına belə cəfəngiyatı dərc etməyə rəva bilməzdim.
Bu erməni təxribatı Azərbaycan Silahlı Qüvvələrini ləkələmək məqsədi daşıyır.
Həmkarlarımdan xahiş edirəm ki, mənim dediklərimi erməni təxribatının təkzibi kimi qəbul etsinlər", - deyə Şahin Hacıyev bəyan edib.