ERMƏNİ POLİTOLOQDAN ŞOK AÇIQLAMA: “Köçəryan dönəmi başa çatdı”

Baxış sayı:
5509

Ermənistanın siyasi həyatında Robert Köçəryan dönəmi başa çatdı.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Onun sözlərinə görə, “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmaq üçün siyasi resursları tamamilə məhdudlaşıb:
“Baş nazir Nikol Paşinyan dekabrda keçiriləcək seçkilərdə parlamenti demək olar ki, öz əlində cəmləyə biləcək. Bu baxımdan, Paşinyan və komandasını dəstəkləyən kifayət qədər daxili siyasi qüvvə var.
Robert Köçəryana gəlincə, hələlik heç bir siyasi qüvvə onu dəstəkləyəcəyini bəyan etməyib. 2 oktyabr uğursuzluğundan sonra Köçəryan öz tərəfdarlarını tamamilə itirdi və seçkilərdə qalib gəlmək ehtimalı sıfırdan da aşağı endi. Onun yeni bir şey yaratmaq üçün vaxtı yoxdur. Paşinyan qələbəsini indidən bayram edə bilər”.