Erməni nazir Ukraynanın pullarına İtaliyada villa aldı – FOTO

Baxış sayı:
4927

Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun 2017-ci ildə İtaliyada Aralıq dənizi sahilində villa aldığı bəlli olub.
Ukrayna mediası villanın 26 otaqdan ibarət olduğunu bildirib. Villanın dəyəri 774 min avrodur.
Jurnalistlər villanın alınmasının elə də asan olmayan sxem üzrə həyata keçirildiyini bildiriblər. Belə ki, keçən il Arsen Avakovun rəhbəri olduğu “Avitalia SRL” şirkəti İtaliyanın “Ferdico S.R.L” şirkətini ələ keçirib. Mart ayında isə “Ferdico S.R.L” San Feliçe Çirçeo şəhərindən villa ilə mülkiyyət haqqını qazanıb. Bu zaman məhz Avakovun özü “Ferdico S.R.L”-in səhmlərinin 100% sahibi olub. “Avitalia” və “Ferdico”nun birləşdirilməsindən sonra şirkətin rəhbərliyinə yenə Avakova məxsus “İnvestor” səhmdarlar cəmiyyətinin Müşahidə Şurasının üzvü Aşot Əmiryanın qızı Violetta Əmiryan gətirilib.
Beləliklə şirkətin birləşdirilməsi sayəsində Avakov villaya sahiblənib.
Qeyd edək ki, Avakov əslən Bakı ermənisidir./axar/