Erməni miqrant türk iş adamını öldürdü - Türkiyədən qovula bilərlərmi...

Baxış sayı:
8500

Toğrul İsmayıl: “100 minə yaxın erməniyə oturma izni olmadan yaşama haqqı vermək, qanuni şəkildə yaşayan, vergi ödəyən xarici vətəndaşların haqqını yeməkdir”

Türkiyədə ermənilərin törətdiyi qətl hadisələrinin üzərinə daha biri əlavə olunub. “Yeni Müsavat” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Fateh bölgəsində evinə təmizliyə getdiyi iş adamını öldürüb, üstündəki 10 min dollar pulunu soyan erməni qadın və oğlu xaricə qaçıb. Qadın və oğlunun xaricə gedərkən Atatürk aeroportundakı görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Kağıthanedə yaşayan 58 yaşlı Vedat Yöngel ötən şənbə günü evindən üzərində 10 min dollarla çıxıb. Evə qayıtmadığı üçün ondan xəbər ala bilməyən yaxınları polisə xəbər verib. Bu zaman Yöngelin oğluna atasının evində qulluqçuluq edən erməni mənşəli Stella M-nin oğlu Varlam M-dən “Atan bizim evdə, get götür” mesajı gəlib. Yöngelin oğlu vəziyyət barədə polisə məlumat verib. Fatehdəki ünvana gedən polis Vedat Yöngelin cəsədini tapıb. Silahla vurulduğu müəyyənləşən Yöngelin cənazəsi Ədliyyə Tibb Qurumuna göndərilib və Yöngelin üstündəki pulun oğurlandığı da sübut edilib.

Polis əməkdaşları Stella ve oğlunun Yöngelin itməsindən iki gün sonra Atatürk aeroportundan Qarsa, oradan da Gürcüstan vasitəsilə Ermənistana getdiklərini müəyyənləşdirib. Görüntülərdə pasport yoxlamasına gələn Stella və oğlu Varlam M. ilə bir qadın görünür. Şübhəlilər pasport prosedurlarının ardınca buradan aralanır.

Vedat Yöngel ile ilgili görsel sonucu

Polis Stella və oğlu Varlam M. üçün İnterpoldan beynəlxalq axtarış qərarı çıxarılması üçün əməliyyata başlayıb.

Xatırladaq ki, Türkiyədə zaman-zaman ermənilərin törətdiyi qətl hadisələri ilə bağlı xəbərlər yayılır. Amma qardaş ölkədə ermənilərə münasibət bəzi hallarda mülayim görünür. Türkiyə prezidenti Ərdoğan da deyir ki, ermənilər Türkiyəyə axışır. Artıq ora gedən ermənilərin sayı 100 minə qədər çatıb. Maraqlıdır, bu kimi faktlar erməni miqrantların Türkiyədən qovulmasına, eləcə də onlara neqativ münasibətin yaranmasına səbəb ola bilərmi?

Vedat Yöngel ile ilgili görsel sonucu

Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir halın baş verməsi mümkünsüzdür. Onun sözlərinə görə, Türkiyədə bu sayaq kriminal hadisələrə azərbaycanlılar da, gürcülər də, çeçen kökənlilər də imza atır. “Cinayətin milliyyəti olmur” deyən müsahibimizə görə, daha öncə yaşlı bir qadını evində qarət edən çeçen barədə də xəbərlər yayılmışdı: “Türkiyə insana dəyər verən bir ölkədir. Bunlar ermənilər olsa belə. Onlar öz ölkəsindən Türkiyəyə pul qazanmağa gəliblər. Bu siyahıda azərbaycanlılar da az deyil. İndi də Türkiyəyə Türkmənistandan xeyli insan axışır. Suriyalılar da daxil olmaqla, Türkiyədə 6.5 milyon miqrant  və qaçqın var. Belə şərtlər olduğu üçün Türkiyə cazibəli bir hala gəlib. Biz dünən millət olaraq Xocalı soyqırımının 27-ci ildönümünü anarkən o vəhşiliyi bir daha yada saldıq, hiss etdik. Türk milləti humanist, insansevər millətdir. Biz heç zaman ermənilərin törətdiyi vəhşiliyi təkrarlaya bilmərik. Bizim qədim törəmizdə belə düşmən evimizə gəlibsə, onu duz-çörəklə qarşılamaq var. Onun təhlükəsizliyi ev sahibindən asılıdır. Siyasət məhsulu olaraq bu gün biriləri nəsə deyə bilər. Erməni terrorundan zülm çəkən bir ailənin övladıyam. Amma onu da bilirəm ki, türk humanistliyi hər şeyin üstündədir”.

toğrul ismayıl ile ilgili görsel sonucu

Toğrul İsmayıl

T.İsmayıl hesab edir ki, düşmənə düşmən kimi davranmaq lazımdır. Amma sənə sığınmış insanlar erməni olsa belə, onlara insan kimi davranmaq vacibdir: “İstanbulda Reyna terrorunu uyğur kökənli bir insan, hava limanına basqını özbək vətəndaş etmişdi. Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşını onun azərbaycanlı iş ortağı öldürmüşdü. Bu və bunun kimi nümunələr göstərir ki, cinayətkarın milliyyəti olmur. Ona görə də burada milliyyət faktoruna xüsusi önəm vermək lazım deyil”.

Politoloq bu məsələdə diqqət çəkən başqa bir məqama da toxundu. Dedi ki, əslində ölkədə qanunsuz yaşamaq təhlükəlidir. Onun sözlərinə görə, bu baxımdan belə cinayətlərdə iz tapmaq çətin olur: “Azərbaycanlı gənclər Türkiyədə oturma izni ilə yaşayırlar. Amma 100 minə yaxın erməniyə oturma izni olmadan yaşama haqqı vermək, qanuni şəkildə yaşayan, vergi ödəyən xarici vətəndaşların haqqını yeməkdir. Bu, ikili standartdır. Hesab edirəm ki, bu məsələ öz həllini tezliklə tapmalıdır”./musavat