Erməni gənclər Azərbaycan torpaqlarında növbəti kütləvi yürüşə başladı- Şuşa- Laçın-...-İrəvan...- FOTO

Baxış sayı:
11719

Bu gün “Torqovı”da azərbaycanlı qızların ərəb, ingilis, monqol kişiləri ilə kütləvi erotik rəqsləri təşkil ediləcək...
Dünən –sentyabrın 1-i gecə saat 22:00-da Azərbaycan Respublikasının(!) 28-ci ildir işğal altında qalan Xankəndi şəhərində erməni dığa və axçiklər növbəti kütləvi yürüşə start veriblər. 
Erməni saytlarının yaydığı məlumata görə,  qondarma separatçı-terrorçu rejimin “müstəqilliyi”nin 28-ci ildönümünə həsr olunmuş yürüş erməni gənclərin “Qələbə” təşəbbüs qrupunun  ideyası əsasında başlanıb. Məqsəd “hər iki erməni respublikasının müstəqilliyini və onların qalibiyyəti”ni vurğulamaqdır.  Yürüş iştirakçıları  sentyabrın 20-dək Azərbaycan və Ermənistanın 30 şəhərindən keçməyi və  aksiyanı İrəvanda başa çatdırmağı planlaşdırıb. 
Bu həftənin sonunadək yürüş qrafik və marşrutu belədir:

1-2  sentyabr – Xankəndi;
2  sentyabr – Hadrut (Xocavənd rayonunda qəsəbə);
2-3  sentyabr – Ağdərə;
2-3  sentyabr – Şuşa;
3-4  sentyabr – Laçın;
4-5  sentyabr – Gorus(Ermənistan);
5  sentyabr - Qafan;
5-6  sentyabr – Kacaran.

P.S. Bu gün “Torqovı”da azərbaycanlı qızların ərəb, hind, ingilis, fransız, monqol kişiləri ilə kütləvi erotik rəqsləri təşkil ediləcək, pulsuz pivə, “Hell”(“Cəhənnəm”) içkisi paylanacaq. Azərbaycan(!) oğlanları üçün giriş pulsuzdur...
Sultan Laçın
/Moderator.az/