Erməni ekspertlər “əbədi müxalif və fərari” Paşinyanın “Qarabağ müharibəsi”ndən danışıblar:“Münaqişəni Ermənistan, yaxud Azərbaycan həll etməyəcək” – TƏHLİL

Baxış sayı:
3817

Ermənistanın potensial baş naziri təbiətcə fəraridir buna görə də seçiləndən sonra hara qaçacağını bu başdan demək olduqca çətindir. Dağlıq Qarabağda və onunla bağlı durum Nikol Paşinyandan asılı olmayacaq. “pravda.ru”nun sorğuladığı erməni ekspertlər hesab edirlər ki, Qarabağ məsələsini nə Ermənistan, nə də Azərbaycan, geopolitik qüvvələr həll edəcək.
…Paşinyan uğursuz seçkidən qabaq parlamentarilər qarşısında çıxış edib. Baş nazirliyə namizəd bildirib: “Biz Dağlıq Qarabağın beynəlxalq tanınması uğrunda mübarizə aparacağıq. Azərbaycanın təkcə konstruktiv yanaşma göstərmək deyil, həm də dövlət başçısı səviyyəsində “İrəvanın qaytarıması” haqda danışdığı bir şəraitdə heç bir güzəştdən söhbət gedə də bilməz”.
… “Карабахский экспресс”in baş redaktoru Karen Zaxaryanın “pravda.ru”ya dediyi kimi, “respublikaçılar son anadək müqavimət göstərdilər, amma sonra gördülər ki, Nikol Paşinyanın arxasında kütlə deyil, xalq durub və geri çəkildilər”.
Jurnalist qeyd edib ki, Paşinyan on ildən yuxarı siyasətdədir, əvvəlcə Levon Ter-Petrosyanın tərəfdarıydı, sonra baxışları Qərbyönlü oldu. Bununla belə, Karen Zaxaryan düşünmür ki, “Paşinyan Rusiyadan uzaqlaşacaq”. Karen Zaxaryan “pravda.ru”ya deyib: “Bu, heç vaxt olmayacaq, istəyrisən, on Nikol Paşinyan gəlsin, müəyyənedilmə üzrə Ermənistan Rusiyadan heç vaxt uzaqlaşmayacaq”.
Qarabağ nəşri baş redaktorunun fikrincə, Qarabağ məsələsinin həlli isə “nə Nikol Paşinyandan, nə Levon Ter-Petrosyandan, nə Serj Sərkisyandan, qüvvələrin geopolitik bölgüsündən asılıdır”.
Karen Zaxaryan “pravda.ru”ya deyib: “Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasındakı danışıqlarda həll olunmur”.
İrəvan geopolitika klubunun prezidenti Arman Boşyan öz tərəfindən “pravda.ru” üçün şərhində qeyd edib ki, hakimiyyət, ya da müxalifət geri çəkilməliydi: “Elitamızda parçalanma baş verib… ya da anlaşıblar, amma polis praktik olaraq küçələrdən yox oldu, fəlakətə çox qalmamışdı”.
Politoloqun sözlərinə görə, Paşinyanın seçilməsiylə çoxluq hakim partiyaya qalarkən, hökumətin başında isə müxalif deputat durarkən parlamentdə necəsə bir qüvvələr tarazlığı formalaşacaq. Arman Boşyan “pravda.ru”ya deyib: “Amma düşünürəm ki, bu tarazlıq çox çəkməyəcək, çünki təkrar seçkilər olsa, bundan sonra qüvvələr bölgüsünün necə olacağı məlum deyil”.
“pravda.ru”nun eksperti bu fikirlə razıdır ki, Paşinyan baxışlarını dəfələrlə dəyişib, “o, əbədi müxalif və fəraridir”.
Arman Boşyanın fikrincə, Qarabağ məsələsi status-kvonun saxlanmasından çıxış etməklə həll olunacaq: “Bu, daxili və xarici qüvvələrin nüfuz məsələsidir, yaranmış geopolitik durum məsələsidir”. Politoloq “pravda.ru”nun Paşinyanın “baxışlarının dəyişkənliyi üzündən” Rusiyaya münasibətdə hansı siyasəti yürüdəcəyi haqda sualını cavablandırmağa çətinlik çəkib. Ekspert davam edib: “O, (Qagik) Sarukyanla anlaşıb (bu, ölkənin baş oliqarxıdır), buna görə də Paşinyanın oliqarxlara qarşı çıxış etdiyi haqda bəyanatları çox böyük şübhələr doğurur”.
Arman Boşyan “pravda.ru”ya müsahibədə nəticəyə gəlib: “Ermənistanda eyforiya var, çünki hakim partiyaya nifrət aşıb-daşırdı. Adamlar müsbət dəyişikliklərə ümid edirlər, amma gerçək siyasət çətin işdir. Durum o qədər qəlizdir ki, hətta proqnoz verməyə də qorxuram… Nədən yayına bildiyimizi deyə bilərəm. Qan töküləmsi və Azərbaycanla müharibədən yayınmağa nail olmuşuq, çünki Bakı durumdan faydalana bilərdi”.
Arayış. Qagik Sarukyanın sərvəti 500 milyon ABŞ dollarından bir milyard məbləğədək dəyərləndirilir. Yaratdığı “Çiçəklənən Ermənistan” partiyasından Ermənistan parlamentinin 2003-cü ildən deputatıdır. Partiya səslərin keçid yeddi faizini toplayaraq indiki parlamentə daxil olub. Əvvəlki hökumətlə gərgin münasibətləri var idi. ABŞ səfirinin kabinetinə girib-çıxır. Məsələn, Regnum agentliyinin qeyd etdiyi kimi, 2012-ci il oktyabrın 12-də Con Heffernlə görüşdə olub, “həmsöhbətlər görüşün gedişində Errmənistanda iqtisadi durum, ölkənin daxili və xarici siyasət məsələləri ətrafında fikir mübadiləsi ediblər”.
Tərcümə Strateq.az-ındır.